• Azərbaycan
  • English

Yan Ola Sand Azərbaycan mətbəxi və muğamına heyran olub

Cümə axşamı, 26 Yanvar, 2012


Azərbaycan müsabiqədə yenidən qalib ola bilər.

«Hər gəlişimdə Bakını daha çox sevirəm. Azərbaycan barədə düşüncələrim çox yaxşıdır. Xüsusi ilə Azərbaycan mətbəxindən doymaq olmur». eurovision.az saytının məlumatına görə, bunu Eurovision Mahnı Müsabiqəsinin icraedici rəhbəri Yan Ola Sand deyib. O, bildirib ki, Azərbaycanda olduğu müddətdə burada gördüyü qonaqpərvərlik həqiqətən də yüksək dəyərləndirilməlidir. Cənab Sand 2012-ci ilin mayında bu qonaqpərvərlikdən çoxsaylı insanların bəhrələnəcəyinə əmin olduğunu vurğulayıb.

Yan Ola Sand eləcə də, Azərbaycanın müsabiqədə 4 illik iştirakı dövründə hər çıxışının yaddaqalan olduğunu vurğulayıb: «Azərbaycan müsabiqəyə qatıldığı ildən mən bu ölkənin qalib gələcəyinə əmin idim. Əslində ölkənizin iştirakının 4-cü ilində qalib gəlməsi bizə qəribə gəlmədi və bizi şoka salmadı. Çünki Azərbaycan bu qalibiyyətə ilk ildən layiq idi. Düşünürəm ki, bu il də Azərbaycanın şansları yüksək olacaq və qalib gələ bilər».

Yan Ola Sand həmçinin, Azərbaycan muğamına heyran olduğunu bildirib.
 

eurovision.az

  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!