“Eurovision layihəsinə vurğun komandamız var"
Cümə axşamı, 26 Yanvar, 2012
Yan Ola Sand müsabiqəyə hazırlığın uğurla aparıldığını deyib.
Eurovision Mahnı Müsabiqəsi nəhəng bir layihədir və may ayında Bakıda keçiriləcək yarışmaya hazırlıq müəyyən olunmuş qrafikə uyğun aparılır. Bunu Eurovision Mahnı Müsabiqəsinin icraçı rəhbəri Yan Ola Sand bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Eurovision Mahnı Müsabiqəsi layihəsi insanların həyatına bir sunami kimi daxil olur. “Bu cür müsabiqənin bir il müddətində həyata keçirilməsi çox mürəkkəb məsələdir. Amma bizim bu işə çox vurğun olan komandamız var”. Eurovision Mahnı Müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri Sietse Bekker yanvarın 25-də “Buta Palace”da Açar Təqdimetmə mərasimində fantastik bir şounun şahidi olduqlarını bildirib.


