Eldar və Nigar Maltanın Eurovision 2012 Milli Seçimlərində iştirak edəcək
Şənbə, 28 Yanvar, 2012
Eurovision qaliblərimiz münsiflər heyətində təmsil olunur.
Eurovision Mahnı Müsabiqəsi 2011-in qalibləri Eldar Qasımov və Nigar Camal fevralın 2-dən 6-dək Maltaya səfər edəcək. Eldar Qasımovun eurovision.az saytına verdiyi məlumata görə, onlar Maltanın Eurovision 2012 üçün Milli Seçimlərində münsiflər heyətinin tərkibində təmsil olunurlar. Eldar və Nigar seçimlərdə münsif qismində iştirak etmək üçün Maltanın müsabiqə üzrə milli yayımçısı tərəfindən təklif alıb. Eurovision Mahnı Müsabiqəsinin şərhçisi və tanınmış aparıcı Hüsniyə Məhərrəmova isə bu seçimlərdə qonaq qismində iştirak edəcək.
eurovision.az





