Yarımfinal
"Eurovision Mahnı Müsabiqəsi-2012"nin Milli Seçim turu 2011-ci il noyabrın 28-dən start götürüb. Sənəd vermiş 119 nəfərdən 72-si Milli Seçimlərdə iştirak hüququ qazanıb. Onlar hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüblər. Bu qruplar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində yarışıb. Hər həftənin qalibi tamaşaçıların göndərdiyi SMS və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunub.
Yarımfinalın iştirakçıları:

Orxan Kərimli
4 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta musiqi təhsili var, özəl vokal dərsləri alıb. Milli Seçim turunun 1-ci həftəsinin qalibidir.

Məryəm Kərimova
8 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. Milli Seçim turunun 2-ci həftəsinin qalibidir.

Xəyyam Mustafazadə
4 fevral 1987-ci ildə Bakı şəhərində anadan olub. Ali musiqi təhsili var. Moskvada keçirilən beynəlxalq “Moskva-tranzit” musiqi festivalında “Festivalın ən yaxsı səsi” mükafatını qazanıb. Milli Seçim turunun 3-cü həftəsini qalibidir.

Fəqan Səfərov
2 dekabr 1989-cu ildə Gürcüstan Respublikasında anadan olub. 2011-ci ildə “Azəri Star” müsabiqəsində 2-ci yeri əldə edib. Milli Seçim turunun 4-cü həftəsinin qalibidir.

Elton İbrahimov
3 noyabr 1994-cü ildə Rusiya Federasiyasında anadan olub. 2011-ci ildə Moskvada keçirilən “Зажги свою Звезду” müsabiqəsində 2-ci, Barnaulda keçirilən “Мистер шлягер” yarışmasında isə 1-ci yeri əldə edib. Milli Seçim turunun 5-ci həftəsinin qalibidir.

Adil Baxışlı
3 yanvar 1989-cu ildə anadan olub. Konservatoriya nəzdində musiqi kollecinin vokal şöbəsində təhsil alıb. 2009- cu ildə “Next” qrupunda çalışıb, daha sonra solo karyerasına başlayıb. Milli Seçimlərin 6-cı həftəsinin qalibidir.

Səbinə Babayeva
2 dekabr 1979-cu ildə anadan olub. Asəf Zeynallı adına musiqi kollecini bitirib. 2009-cu ildə Latviyada keçirilən “Amberstar” və Moskvadakı “Slavyan Ulduzu” nda “Gran Pri” mükafatına layiq görülüb. Milli Seçimlərin 7-ci həftəsinin qalibidir.

Arzu İsmayılova
27 yanvar 1994-cü ildə anadan olub. Milli Konservatoriyanın nəzdindəki İncəsənət Gimnaziyasında vokal dərsləri alır. Milli Seçim turunun 8-ci həftəsinin qalibidir.


