• Azərbaycan
  • English

Nəqliyyat

Heydər Əliyev Beynəlxalq Aeroportu

Azərbaycanda fəaliyyət göstərən 6 beynəlxalq hava limanından biridir. Bakı şəhərinin mərkəzindən 25 kilometr məsafədə yerləşir. Aeroportda plastik kartlardan başqa, ödəmə üçün nağd şəkildə manat, ABŞ dolları, avro və rus rublu da qəbul olunur. 
Bununla yanaşı Azərbaycanda Naxçıvan Hava Limanı, Gəncə Hava Limanı, Zaqatala Hava Limanı, Lənkəran Hava Limanı, Qəbələ Hava Limanı da fəaliyyət göstərir. Bu aeroportların hər biri beynəlxalq statusdadır.
 
Ünvan: AZ1045, Bakı, Xəzər rayonu, Binə qəsəbəsi
Telefon:     (+994 12) 497 26 00
 

Bakı Beynəlxalq Dəniz Limanı

Bakı Beynəlxalq Dəniz Limanından Həştərxan, Aktau və Türkmənbaşı istiqamətində gəmilər hərəkət edir. Eyni zamanda Bakı Beynəlxalq Dəniz Limanında günün müxtəlif saatlarında Xəzər dənizinə gəmi gəzintisi də təşkil edilir.
 

Bakı Metropoliteni

Bakı Metropolitenində hazırda 2 xətt üzrə 23 stansiya fəaliyyət göstərir. Bakı Metropolitenindən istifadə kart sistemi ilə həyata keçirilir. Gediş haqqı 1 dəfə üçün 20 qəpikdir. Metronun “Sahil” və “İçərişəhər” stansiyaları Bakının mərkəzinə çıxır. Metronun “Koroğlu” stansiyası Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxındır.
 

Avtobuslar

Şəhərdə mövcud olan digər ictimai nəqliyyat vasitəsi avtobusdur. Bakıda müxtəlif istiqamətlərdə avtobuslar işləyir və istiqamətlər elektron şəkildə avtobusun üzərində göstərilir. Bakı avtobuslarında gediş haqqı 20-50 qəpik arasındadır. Bakıdan Azərbaycanın müxtəlif bölgələrinə, eləcə də yaxın digər ölkələrə avtobuslar hərəkət edir. Bu avtobuslar Bakı Beynəlxalq Avtovağzalından yola düşür. Həmin avtobuslara biletlər vağzalın kassalarında satılır.
 

Taksi

*9000 telefon nömrəsi ilə TX4 markalı ("London taksisi") taksilərini  sifarişi etmək olar. Taksilərdə 10 km məsafəyə kimi 1 km üçün gediş tarifi 70 qəpik, 10-20 km məsafədə hər 1 km üçün 40 qəpik, 20 km-dən artıq məsafənin 1 km-i üçün isə 20 qəpik müəyyənləşdirilib.
Eyni zamanda 189 taksi sifarişi xidməti də fəaliyyət göstərir.
 

Dəmir Yolu Vağzalı

Bakı Dəmir Yolu Vağzalı metronun “28 May” stansiyası yaxınlığında yerləşir. Buradan Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, digər ölkələrə də qatarlar  yola düşür.
  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!