• Azərbaycan
  • English

Kino və teatrlar

 

“Nizami” Kino Mərkəzi
“Nizami” Kino Mərkəzi 1934-cü ildən fəaliyyət göstərir. 2011-ci il dekabrın 27-də əsaslı təmirdən sonra tamaşaçıların istifadəsinə verilən və 4 zaldan ibarət olan Kino Mərkəzində mövsümə uyğun tavanı açılıb-bağlanan “Cinema” restoranı, kafelər, konfrans zalı və 24 nəfərlik VİP zal var. Azərbaycanda 3D filmlərinin nümayişi üçün ən böyük 18 metrlik ekran burada quraşdırılıb. Filmlərin 5 dildə sinxron tərcümə sistemi də var.
Ünvan: Bülbül pr., 20
Tel: (+99412) 498-85-39, (+99412) 493-08-87
“Park Cinema”
Xəzər dənizinin sahilində, “Park Bulvar” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən “Park Cinema” 2010-cu ilin oktyabrından fəaliyyət göstərir. “Park Cinema”da 6 zalda orijinal dildə filmlərə baxmaq olar. Kinoteatrda 33 yerlik VİP zal, 3 kinobar var. 3 kinozalda 3D filmləri nümayiş olunur.
Ünvan: Neftçilər pr., "Park Bulvar" Ticarət Mərkəzi
Tel: (+99412) 598-74-12/14
“Azərbaycan” kinoteatrı
“Azərbaycan” kinoteatrında 117, 150 və 53 yerdən ibarət 3 zal fəaliyyət göstərir və burada 3D filmlər nümayiş olunur. Ümumi zaldan işıq əleyhinə şüşə ilə ayrılan 25 nəfərlik VİP kinobar da var.
Ünvan: Ə.Əliyev küç.8
Tel: (+99412) 492-44-11, (+99412) 492-66-15
“Royal Cinema”
“Royal Cinema” avtomobil kinoteatrıdır. Açıq səma altında fəaliyyət göstərir. Burada hər bir kəs öz maşınındaca yeni ekran əsərləri ilə ilə yanaşı, retro filmlərə də baxa bilər.
Ünvan: Nobel pr.
Tel: (+99412) 418-83-84
“Cinemalux”
“Cinemalux” kinoteatrının repertuarında müasir Azərbaycan və dünya kinosunun premyeraları üstünlük təşkil edir. 58 yerdən ibarət zalı və 15 nəfərlik kinobarı var. Eyni səhnədə ayda 4 dəfə kiçik kamera tamaşaları da izləmək mümkündür. Tamaşaçılar kinoteatrın birinci mərtəbəsində xüsusi menyusu olan kafe bara, ikinci mərtəbədə isə Yapon mətbəxinə qonaq ola bilər. Kinoteatr saat 12.00-dan gecə yarısınadək açıqdır.
Ünvan: Həsən Seyidbəyli küçəsi, 18
Tel: (+99412) 437-14-67
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ölkənin ən qocaman sənət ocağıdır. 1922-ci ildən müstəqil teatra çevrilib. Teatrın tamaşaları 1960-cı ildən indiki binasında göstərilir. Teatrın repertuarında dünya səhnəsinin klassik tamaşaları ilə yanaşı, müasir əsərlər də yer alır. Teatrın 530 nəfərlik böyük zalı var. Kiçik zal isə studiya şəklində müxtəlif müzakirələr və konfransların keçirilməsi üçün münasibdir. Həftənin bazar ertəsi teatrın istirahər günüdür.
Ünvan: Füzuli küç., 1
Tel: (+99412) 594-75-41
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
1924-cü ildən müstəqil Opera və Balet Teatrı kimi fəaliyyət göstərir. 1959-cu ildən akademik status daşıyır. Teatr səhnəsində müntəzəm olaraq dünya operası və baletinin şah əsərləri nümayiş etdirilir. Eləcə də Rusiya, Ukrayna və digər ölkə teatrlarının truppaları ilə birlikdə müştərək yaradıcılıq layihələri həyata keçirilir.
Ünvan: 28 may küçəsi, 8
Tel: (+99412) 493-31-88, (+99412) 493-16-51
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1936-cı ildən fəaliyyət göstərir. Tamaşaçı auditoriyası daha çox uşaq, yeniyetmə və gənclərdən ibarətdir. Teatrın repertuarına müxtəlif xalq nağılları, folklor nümunələri, klassik və müasir dramaturqların əsərləri daxildir. Tamaşalar rus və Azərbaycan dillərində oynanılır.
Ünvan: Nizami küç., 72
Tel: (+99412) 493-79-28
S. Vurğun adına Dövlət Rus Dram Teatrı
Azərbaycan Dövlət Rus Dram Teatrı 1937-ci ildən fəaliyyət göstərir. Teatrda Azərbaycan dramaturgiyasının klassik və müasir səhnə inciləri rus dilində tamaşaya hazırlanır. Dünya dramaturqlarının müxtəlif janrda yaradıcılığına da müraciət olunur. Teatr səhnəsində tez-tez əcnəbi teatr truppalarının qastrol səfərləri və tamaşaları reallaşdırılır.
Ünvan: Xaqani küç., 7
Tel: (+99412) 493-00-63, (+99412) 493-42-42
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı
Azərbaycan Dövlət Kukla Teatrında Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Teatr səhnəsinin əsas personajları-kuklaların ölçüləri bir neçə santimetrdən iki insan ölçüsünə qədər dəyişir. Repertuarda böyüklər üçün hazırlanan tamaşalar da var.
Ünvan: Neftçilər pr., 36
Tel: (+99412) 492-64-25/35, (+99412) 492-44-58
 
  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!