• Azərbaycan
  • English

2010

Münsiflər heyəti 2010-cu ildə Azərbaycanı Eurovision Mahnı Müsabiqəsində təmsil etmək üçün Milli Seçim turuna qatılan çoxsaylı iştirakçıdan 5-ni yarımfinala layiq gördü. Onlardan isə 3-ü: “Milk & Kisses” qrupu, Məryəm Şabanova və Safura Əlizadə fevralın 2-də  “Buta Palace”da  keçirilən yarımfinal mərhələsinin qalibləri oldu. Martın 2-si elə həmin səhnədə keçirilən final şousunda Safura Əlizadə Azərbaycanın 2010-cu ildə Eurovision təmsilçisi seçildi. O, Osloda 55-ci Eurovision Mahnı Müsabiqəsində sözləri İsveçli Sandra Bjurman, musiqisi Stefan Örn və Anders Baqqeyə  aid “Drip Drop” mahnısı ilə çıxış etdi. Safura Əlizadə gözəl səhnə performansı və ifası ilə müsabiqənin beşincisi  oldu. 

 

 

Safura Alizade

  • FACEBOOK

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Facebook vasitəsi ilə izləyin!
  • TWITTER

  • SƏHİFƏMİZƏ QOŞULUN
  • Bizi Twitter vasitəsi ilə izləyin!